Lənkəranda avtomobil çaya aşıb, iki nəfər ölüb

 Lənkəranda avtomobil çaya aşıb,  iki nəfər ölüb
  09 Yanvar 2023    Oxunub:1069
Lənkəran sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkət olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev ölüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti