Niyə toxum torpağa düşəndə cücərir? – ELMİ CAVAB

Niyə toxum torpağa düşəndə cücərir? – ELMİ CAVAB
  10 Aprel 2013    Oxunub:10292
Toxumların yuxu dövrünün ilk mərhələsi qurutma ilə başlayır. Toxum, toxumalardakı suyu xaric edərək, yuxuya gedir. Canlı bitki toxumlarında 90-95% su olduğu halda, “yatmış” toxumların toxumalarında 5% və ya ən çoxu 15%-ə qədər su olur.
Bu proses müəyyən sıralama ilə genlərin nəzarəti altında baş verir. Onun həyata keçməsində əsas amil abscisic acid adlandırılan hormondur. Bu hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir. Bu hormon toxumda olan funksiyaları zəiflədir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf baş vermir.

On illərlə, hətta əsrlərlə “yuxu" dövründə qalan və sonra cücərən toxumlar var. Bu yuxu dövrü bitkilərin nəsillərini davam etdirmələri üçün olduqca vacibdir. Bitkilərin çətin şəraitlərdə həyatlarını davam etdirə bilmələri üçün belə bir mexanizmin varlığı zəruridir.


Teqlər:





Xəbər lenti