İsko "Çempionlar Liqası”ından danışdı

İsko "Çempionlar Liqası”ından danışdı
  15 May 2014    Oxunub:1154
İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi İsko Çempionlar Liqasının finalında qarşılaşacaqları "Atletiko" ilə final oyunu haqqında danışıb.
AzVision.az-ın məlumatına görə, gənc futbolçu "Marca" qəzetinə açıqlamasında Çempionlar Liqasını qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:

"Real" artıq finaldadır və bununla fəxr etmək olar. Ancaq finala çıxmaq hər şey demək deyil. 12 ildir bu kuboku qazana bilmirik. Ona görə Çempionlar Liqasını qazanmalıyıq və bunun üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, "Real" - "Atletiko" oyunu mayın 24-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti