Azad edilən bəzi rayonlarda elektrik verilişində problemlər yaranıb - "Azərenerji"
Məlumata görə, Xızı, Qəbələ, Ağsu, Yardımlı rayonunları ilə yanaşı “Kəlbəcər” xəttinin Daşkəsən istiqamətindəki Alaxançallı kəndində, Qubadlı-Laçın xəttinin Güləbird və Şuşa xəttinin Boyük Tağlar kəndlərindən keçən buzlaşmış hissələrində də problemlər yaranıb. Bu və digər ərazilərin elektrik enerjisi ilə təmin olunmaları üçün “AzərEnerji” bütün imkanlarını səfərbər edib.
"Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, qarın qalınlığı bəzi ərazilərə texnikanın çıxarılmasını çətinləşdirir. Buna baxmayaraq probleminin həlli istiqamətində ciddi addımlar atılıb və atılır", - deyə səhmdar cəmiyyəti bəyan edib.
AzVision.az
Teqlər: