Yük qatarında yanğın olub

Məlumata görə, Saatlı şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda 300 m² sahədə taxta şpal yanıb. Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzVision.az
Teqlər: