KİV: "Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyalar müzakirə edilir"

      KİV:    "Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyalar müzakirə edilir"
  12 Yanvar 2023    Oxunub:664
ABŞ və Avropa İttifaqı ölkələri Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyaların, xüsusən də neft məhsullarına qiymət məhdudiyyətlərinin tətbiqi imkanlarını müzakirə edirlər.
AzVision.az xəbər verir ki, bu barədəmənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin rəsmiləri bu həftə Avropada görüşlər keçirir. Onlar Rusiya Federasiyasından neft məhsullarına qarşı məhdudlaşdırıcı tədbirlərin təfərrüatlarını müzakirə edirlər. Məhdudiyyətlər fevralın 5-dən qüvvəyə minməlidir. Rusiya neft məhsullarını maliyyələşdirən, sığortalayan və ya daşıyan Qərb şirkətlərinə sanksiyalar tətbiq ediləcək. G7 ölkələrində və Avstraliyada yerləşən şirkətlər Rusiya neft məhsullarının limitdən yuxarı qiymətlərlə satışını asanlaşdırsalar cərimələnəcəklər.

Nəşrin istinad etdiyi mənbələr qeyd edib ki, Rusiya neft məhsulları üçün iki qiymət həddinin tətbiqi planlaşdırılır: biri yüksək qiymətli ixrac mallarına, xüsusilə dizel yanacağına, digəri isə mazut kimi aşağı qiymətli mallara təsir edəcək.

ABŞ və Avropa rəsmiləri arasında danışıqlarda əsas məsələ marjinal qiymətin göstəricisi olacaq. Amerikalılar Rusiyanın mənfəətini azaltmaq üçün bu ölkənin neft məhsulları üçün kifayət qədər aşağı qiymət həddi qoymağa çalışırlar. Lakin bu qiymət eyni zamanda Rusiyanın dizel və digər yanacaq növlərini satmağa davam etməsi üçün kifayət qədər yüksək olmalıdır.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti