Makron imtina etdi: "Əlcəzairdən üzr istəməyəcəyəm"

  Makron imtina etdi:  "Əlcəzairdən üzr istəməyəcəyəm"
  12 Yanvar 2023    Oxunub:905
Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Afrika ölkələrinin müstəmləkələşdirilməsi kimi hadisələrə görə üzr istəməyə çalışmamaq, ölkənin tarixinə “birbaşa” baxmaq lazımdır.
O, Əlcəzairin Fransanın müstəmləkəsi olduğu dövr üçün bu ölkənin hökumətindən və vətəndaşlarından əfv istəməkdən imtina etməsini belə izah edib. Prezidentin sözlərindən Le Point sitat gətirib:

"Bu münasibətləri pozacaq, mən Əlcəzairdən üzr istəməyəcəyəm". Əlcəzairin tələbini rədd edən Makron əlavə edib ki, onun imtinası qeyri-səmimi üzr istəmək qədər nifrət doğura bilər.

Siyasətçi həmçinin Əlcəzair prezidenti Əbdülməcid Tebbunu 2023-cü ildə Parisə səfərə dəvət etməklə ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoymağa çağırıb.

2022-ci ilin avqustunda dövlət başçısının Əlcəzairə səfəri zamanı Oran şəhərinin yerli sakinləri Makronu fitə basıblar. İnsanlar prezidentə qışqıraraq bildiriblər ki, öz ölkəsinə qayıtsın.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti