Ən çox axtarılan cinayətkarlarından biri İspaniyada tutuldu

Ən çox axtarılan cinayətkarlarından biri İspaniyada tutuldu
  12 Yanvar 2023    Oxunub:762
İspaniyanın milli polisi ölkədə Avropada ən çox axtarılan cinayətkarlardan birini saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir. Qeyd olunub ki, 37 yaşlı cinayətkar Toledo əyalətində saxlanılıb. O, 2014-cü ildən axtarışdadır. Adı açıqlanmayan şəxs işgəncə, adam oğurluğu, qanunsuz silah saxlama, hədələmə və digər cinayətlərdə şübhəli bilinir.

Polis qeyd edib ki, həmin şəxs “İspaniyada son onilliklərin ən fəal cinayət təşkilatlarından birinin” üzvü olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti