Hindistanda ağır yol qəzasında 10 nəfər ölüb

   Hindistanda ağır yol qəzasında 10 nəfər ölüb
  13 Yanvar 2023    Oxunub:715
Hindistanın qərbindəki Maharaştra ştatında səhər saatlarında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 10 nəfər ölüb, 12 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə ANI agentliyi polisə istinadən məlumat yayıb. İnsident ştatın paytaxtı Mumbaydan 180 km aralıda yerləşən avtomobil yolunda baş verib. Avtobusda 45 sərnişin olub. Ölənlər arasında qadınlar və uşaqlar da var.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların bəzilərinin vəziyyəti ağırdır. Həkimlər yol qəzalarında ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti