İran bu kadrlara diqqətlə baxsın: Ermənilərin murdarladığı daha bir məscid – FOTOLAR

      İran bu kadrlara diqqətlə baxsın:    Ermənilərin murdarladığı daha bir məscid –    FOTOLAR
  13 Yanvar 2023    Oxunub:10531
Füzulinin Qarğabazarı kəndinin təpəlik hissəsində yerləşən bu balaca memarlıq abidəsi xalq arasında “Şah Abbas məsçidi” kimi tanınır. Məscid 1683-1684-cü illərdə Hacı Qiyasəddin tərəfindən tikilib.

Yerli daşlardan qurulan məsçid düzbucaq formalıdır, cəmi bir ümumi ibadət otağından ibarətdir və minarəsizdir. Ön divarında iki, arxa divarında isə bir pəncərəsi var. Hacı Qiyasəddin məsçidi ondan azacıq cənubda və aşağıda yerləşən, XVII əsrdə tikilmiş karvansayla bir ümumi kompleksə aid oluna bilər.


Tarixi abidəyə baxanda belə təəssürat yaranır ki, onun əsas üslubu kimi Səfəvi memarlıq nümunələri deyil, Qafqaz Albaniyasının sadə və "ağır" Roma stili götürülüb.


Məsçidin yeganə qapısının üstündəki daş kitabədə nəsx xətti ilə ərəbcə “Ey Allah! Ey Məhəmməd! Ey Əli! Bu məscidi uca Allahın mərhəmətinə inanmış Hacı Qiyas əd-Din tikmişdir. 1095 h.q. (1683-84)” yazısı həkk olunub.


Yazıdan azacıq sağ və yuxarıda isə ərəb dilində “Ey qapını açan!” sözləri əbədiləşdirilib...


Hacı Qiyasəddin məsçidinin rəmzi qapısı 1993-cü ildə, Füzulinin ermənilər tərəfindən işğalı zamanı bağlandı. Bundan sonra nə qapı, nə də ibadət otağındakı xalçalar qaldı.


Bu azmış kimi, düşmən məsçidi donuz və mal-qara saxlamaq üçün tövləyə çevirərək, təkcə bizim yox, bütün dünya müsəlmanlarının hisslərini təhqir etməyə çalışdı.

Amma bu kadrlar yəqin ki, yuxuda belə Azərbaycanı hədələyən “İslam İnqilabının keçikçiləri Korpusu"nin rəhbərlərinin və dəqiqədə 10 ölüm fətvası verən ayətullanın erməni sevgisini zəiflədə bilməz. Onları maraqlandıran İslam və din deyil axı... Fateh Şah Abbasın vaxtında yaradılan din ocağı hara, Şeytanla işbirliyi üçün saqqalını uzadan saxta molla rejimi hara...

Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Erməni-barbarlığı   İslam  





Xəbər lenti