Suares: “Argentina çempionatın favoritidir”

Suares: “Argentina çempionatın favoritidir”
  16 May 2014    Oxunub:974
İngiltərənin “Liverpul” və Uruqvay millisinin hücumçusu Luis Suares 2014-cü il futbol üzrə Dünya Çempionatında favortinin adını açıqlayıb.
“Qalib olmaq üçün ən yaxşı şanslar Argentinadadır. Çünki bu komandanın yaxşı oyunçuları var və onun qalib olmaq vaxtı yetişib. Lakin Uruqvay, İspaniya, Almaniya və İngiltərə də qalibiyyət uğrunda mübarizə aparacaq. Ümumilikdə isə mundial hər bir komandanın qalib gəlmək istədiyi turnirdi”, -deyə Suares bildirib.

Qeyd edək ki, qrum mərhələsində Argentina millisi, Bosniya və Herseqovina, İran və Nigeriya milliləri ilə qarşılaşacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti