Sərhəd zastavasının xidməti ərazisi qapadılmış, texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə 1 (bir) sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İran vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycan Respublikasına narkotik vasitə keçirmək məqsədilə gəldikləri müəyyən edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada, ümumi çəkisi 24 kiloqram 285 qram narkotik vasitə (marixuana) aşkar olunaraq götürülmüşdür. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
AzVision.az