Rusiyadan dəniz yolu ilə neft tədarükü 30% artıb

Baltik dənizi ilə neft tədarükü əvvəlki həftə ilə müqayisədə gündə 626 min barel, Qara dəniz vasitəsilə tədarük gündəlik həcmin 47%-i qədər artıb. Beləliklə, Rusiya dəniz ixracının ümumi həcmi yanvarın 13-nə keçən həftə ilə müqayisədə gündəlik 550 min barel artaraq 3,06 milyon barel təşkil edib.
Dənizdə neft tədarükünün artması Avropaya boru kəməri axınının azalması ilə əlaqələndirilir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: