Gəncədə kollecdə yanğın: 14 nəfər zəhərləndi

   Gəncədə kollecdə yanğın:    14 nəfər zəhərləndi
  16 Yanvar 2023    Oxunub:1050
Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində baş verən yanğınla bağlı araşdırma aparılır.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İlkin araşdırma zamanı hadisənin qısaqapanma nəticəsində baş verməsi, yaranmış tüstüdən 14 nəfərin zəhərlənməsi müəyyən edilib.

Hazırda həmin şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti