İndoneziyada güclü zəlzələ olub

   İndoneziyada güclü zəlzələ olub
  18 Yanvar 2023    Oxunub:785
İndoneziya sahillərində 7 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Seysmoloqların məlumatına görə, təbii fəlakətin episentri Şimali Molukka əyalətinin Tobelo şəhərindən 154 kilometr şimal-qərbdə yerləşən Molukka dənizinə təsadüf edib.

Zəlzələnin ocağı 48 kilometr dərinlikdə qeydə alınıb. İtki və dağıntılar barədə məlumat verilməyib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti