Şarl Mişel Ukraynaya tankların verilməsinə çağırıb

   Şarl Mişel Ukraynaya tankların verilməsinə çağırıb
  18 Yanvar 2023    Oxunub:639
“Avropa İttifaqı ölkələri Ukraynaya hərbi yardımı artırmalıdır. Xüsusilə, Ukrayna hərbçilərini tanklarla təmin etmək lazımdır”.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışı zamanı deyib. O qeyd edib ki, ukraynalılar bir ilə yaxındır ki, Rusiyanın təcavüzünə müqavimət göstərirlər və Moskva dağıntı, terror strategiyasını həyata keçirməkdə davam edir.

Ş. Mişel avropalı parlamentarilərə Baxmut və Soledar bölgələrində aktiv döyüşlər, həmçinin Dneprə raket hücumu barədə xatırladıb. Avropa Şurasının rəhbəri Ukrayna ordusunun müasir tanklarla təmin olunmasının tərəfdarı olduğunu bildirib və Aİ-yə üzv dövlətləri bu qərarı qəbul etməyə çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti