"TikTok"da 20 Yanvarla bağlı nalayiq ifadələr işlədən qadın üzr istədi

   "TikTok"da 20 Yanvarla bağlı nalayiq ifadələr işlədən qadın üzr istədi
  20 Yanvar 2023    Oxunub:940
"TikTok" sosial şəbəkəsində bir nəfər xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun AzVision.az -a verdiyi məlumata görə, keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.

Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və bildirilib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün edilmiş qəhrəmanlıqdır. Gülnarə İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan Xalqından üzr istədiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti