Süni İntellekt necə işləyir və əslində nə qədər ağıllıdır? – ELMİ CAVAB (VIDEO)

Süni İntellekt necə işləyir və əslində nə qədər ağıllıdır? –    ELMİ CAVAB (VIDEO)
  23 Yanvar 2023    Oxunub:24420
Süni İntellekt hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biridir. Bir tərəfdən o, hər gün həyatımıza və məişətimizə daha çox daxil olur. Amma digər tərəfdən, etiraf edin: “Süni İntellekt” deyəndə biz heç də ağıllı tozsoranlar, onlayn-tərcüməçilər, sosial şəbəkə alqoritmləri, şəkil çəkən proqramlar yox, nəsə başqa bir şey təsəvvür edirdik axı...
Ona görə də sual çıxır: bu Süni İntellekt o Süni İntellektdirmi? Ümumiyyətlə, “süni” olan əslində nədir, həqiqətmi İntellektdir? Əgər intellektdirsə, onda ümumiyyətlə, intellektin özü nədir, bunu aydın təsəvvür edirikmi?

Süni İntellekt insan zəkasını imitasiya edirsə, onun daxili quruluşu necədir? Beyindəki neyronları kompüterdə nə əvəz edir?

Bizə filmlərdə göstərilən Aİ ilə gündəlik məişətimizdə üzləşdiyimiz eyni şeylərdimi, yoxsa onlar hələ fantastika olaraq qalır?
Bu gün dünyada gedən Süni İntellektləşmə yarışında Azərbaycan haradadır, biz bu istiqamətdə hansı işləri görürük?

Bunlar verilişdə qoyulan sualların sadəcə bir qismidir və razılaşın ki, onlar maraqsız deyillər. Cavablar isə daha maraqlıdır, çünki onları ölkədə Sİ, yaxud Aİ üzrə ən yaxşı gənc mütəxəssislərdən biri - Elektron Hökumətin İnkişafı Mərkəzinin böyük məsləhətçisi Ümid Süleymanov cavablandırır.





Teqlər: Elmi-Cavab   Süni-İntellekt  





Xəbər lenti