“Kızılelma” ikinci yoxlama uçuşu həyata keçirdi

   “Kızılelma” ikinci yoxlama uçuşu həyata keçirdi
  23 Yanvar 2023    Oxunub:944
Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ikinci yoxlama uçuşunu uğurla həyata keçirib.
Bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar yanvarın 23-də özünün tviter səhifəsində məlumat verib. Qeyd edək ki, “Bayraktar Kızılelma” ilk dəfə avqustda Samsunda keçirilən “Teknofest-2022” festivalında nümayiş olunub. İlk sınaq uçuşu isə ötən il dekabrın əvvəlində olub.

Türkiyənin milli ilk pilotsuz döyüş təyyarəsi olan "Kızılelma"nın müvafiq sınaqları yerli və xarici mütəxəssislər tərəfindən mərhələli şəkildə həyata keçirilib. “Kızılelma”nın sürəti hazırda səs sürətinə yaxındır. Sonrakı dövrdə onun sürəti supersonik səviyyəyə qaldırılacaq. Bu uçuş aparatı 1,5 tona yaxın faydalı yük qaldıra bilir, hava-hava, hava-yer tipli və digər raketlər daşımaq qabiliyyətinə malikdir.

Radardan yayına bilən “Kızılelma” bütün İHA, SİHA və TİHA platformalarından, xüsusən də özündən əvvəlki TB2 və Akıncı platformalarından fərqlənir.

AzVision.az


Teqlər:





Xəbər lenti