Olimpiya çempionu həbs edildi

   Olimpiya çempionu həbs edildi
  24 Yanvar 2023    Oxunub:1116
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya mükafatçısı Elman Muxtarov həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin həyat üçün təhlükəli olmayan zor tətbiq etmək və qəsdən sağlamlığa yüngül zərər vurma maddələri ittiham irəli sürülüb.

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyadı şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyadı şərti) üz nahiyyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.(Report)

AzVision.az


Teqlər:





Xəbər lenti