Ermənistanda rüşvət alan 12 vergi xidməti əməkdaşı tutuldu
Qeyd olunub ki, bir qrup məmur 2022-ci ilin noyabrından 2023-cü ilin yanvarına qədər müxtəlif malların idxalı ilə məşğul olan iş adamlarını “qoruyub”. İş adamları yükdaşımanın real dövriyyəsini və həcmini gizlətmək, habelə vergi və gömrük rüsumlarını ödəməmək müqabilində vergi müfəttişlərinə külli miqdarda rüşvət veriblər.
İstintaq zamanı o da müəyyən edilib ki, Dövlət Gəlirləri Komitəsinin yüksək rütbəli məmuru tabeliyində olan işçinin yol verdiyi sui-istifadə hallarını bilə-bilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görməyib, əksinə ondan pul alıb.
İlkin istintaq çərçivəsində 30-dan çox axtarış aparılıb, həmin şəxslərin cinayətdə iştirakını təsdiq edən məlumatlar əldə edilib, həmçinin bir neçə qanunsuz odlu silah-sursat götürülüb.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: