Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclasının tarixi açıqlandı

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclasının tarixi açıqlandı
  25 Yanvar 2023    Oxunub:771
Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.
Bu barədə AzVision.az -a Energetika Nazirliyindən məlumat verilib. Toplantıda bir sıra ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da təşkil olunub. Növbəti toplantılar isə 2017-ci il fevralın 23-də, 2018-ci il fevralın 15-də, 2019-cu il fevralın 20-də, 2020-ci il fevralın 28-də, 2021-ci il fevralın 11-də və 2022-ci il fevralın 4-də keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti