Böyük Qayıdışla bağlı qanun layihəsi hazırlanacaq

   Böyük Qayıdışla bağlı qanun layihəsi hazırlanacaq
  25 Yanvar 2023    Oxunub:653
Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq.
Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin iş planına daxil edilib. İş planına, eyni zamanda, nifrət nitqi ilə bağlı qanunvericilik sahəsində, diffamasiya haqda qanunvericilik və beynəlxalq təcrübə ilə bağlı cinayət qanunvericiliyinin icra vəziyyətinə dair dinləmələrin keçirilməsi daxil edilib.

Həmçinin Milli Məclisdə xarici ölkələrin parlamentlərinin insan hüquqlar komitələrinin iştirakı ilə - Milli Parlamentlər, ekoloji insan hüquqları və davamlı inkişaf - "Yaşıl Qarabağ" beynəlxalq konfransının keçirilməsi də nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti