Qobuda 4 ailənin yaşadığı evdə yanğın olub

Qobuda 4 ailənin yaşadığı evdə yanğın olub
  25 Yanvar 2023    Oxunub:1153
Abşeron rayonunun Qobu qəsəbəsində bir dam altında tikilən dörd ailənin yaşadığı ümumi sahəsi 80 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzVision.az



Teqlər:



Xəbər lenti