ANAMA sədri BMT nümayəndəsi ilə minatəmizləmə barədə müzakirə aparıb

ANAMA sədri BMT nümayəndəsi ilə minatəmizləmə barədə müzakirə aparıb
  26 Yanvar 2023    Oxunub:611
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İnkişaf Proqramının (BMT İP) Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros ilə görüşüb.
Bu barədə AzVision.az -a ANAMA-dan məlumat verilib. Bildirilib ki, görüşdə BMT İP ilə Agentliyin uzun illərə dayanan sıx əməkdaşlıq tarixçəsinin olduğu və humanitar minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsi istiqamətində faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti