"Yanğın iş"inə görə erməni polkovnik saxlanılıb

      "Yanğın iş"inə    görə erməni polkovnik saxlanılıb
  26 Yanvar 2023    Oxunub:1218
Yanvarın 19-da Ermənistanın Qeqarkunik rayonunda kazarmada baş vermiş yanğın faktı üzrə yüksək rütbəli zabit saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb. Qeyd edilir ki, saxlanılaraq İstintaq Komitəsinə aparılan şəxs sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyandır.

“Hazırda ona qarşı istintaq hərəkətləri aparılır”, - Abrahamyan yerli mediaya açıqlamasında deyib.

Agekyan xidməti vəzifələrinin icrasına məsuliyyətiz və səhlənkar münasibətdə ittiham olunur. Onun məsuliyyətsizliyi nəticəsində 15 hərbçi həlak olub, bir neçəsi ağır bədən xəsarətləri alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti