2022-ci ildə lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 6% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində internet trafikinin həcmində 40% artım müşahidə edilib.
“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
Azercell işğaldan azad edilmiş ərazilərdə də ən müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib. Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan Azercell, Qarabağda da “yaşıl” texnologiyaların tətbiqinə başlayıb. Mobil operator artıq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb və cari ilin sonunadək onların sayını 35-ə çatdırmağı planlaşdırır.
Hazırda Qarabağda Azercell-in 100-ə yaxın baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 10-dan çox baza stansiyası quraşdırıb və Zabux, Sus, eləcə də digər kəndlərdə mobil rabitə xidmətləri göstərir.
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağa çalışan Azercell mobil şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsinə dair layihə çərçivəsində Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdıracaq və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirəcək.