Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyilə yaradılan mərkəz “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən idarə olunur.
“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
“Ümidli Gələcək” İctimai Birliyinin xüsusi ixtisaslaşmış psixoloqları, sosial işçiləri və hüquqşünasları zəng edən xanımlara ilkin dəstək göstərir, zəruri hallarda müraciət müvafiq dövlət qurumlarına, icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və yerli QHT-lərə yönləndirilir. Statistikaya əsasən qaynar xəttə müraciət edən qadınların əksəriyyətinə psixoloji dəstək göstərilib, 23%-i hüquqi yardım ilə təmin edilib, 19%-i müvafiq qurumlara yönləndirilib və 6%-i sığınacaqla təmin olunub.
Qaynar xətt ilə əlaqə saxlayan qadınlara aid məlumatların məxfi saxlanılmasına xüsusi diqqət ayrılır və yalnız onların öz razılığı əsasında hər hansı məlumat müvafiq təşkilat və ya qurumlara ötürülür.
“Qadın Qaynar Xətti” dəstəyə ehtiyacı olan bütün qız və qadınları 116111 qısa nömrəsi vasitəsilə mərkəz ilə əlaqə saxlamağa çağırır!