ABŞ səfirliyi terror hücumu ilə bağlı başsağlığı verib

ABŞ səfirliyi terror hücumu ilə bağlı başsağlığı verib
  27 Yanvar 2023    Oxunub:899
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqına başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə diplomatik korpusun feysbuk səhifəsində məlumat paylaşılıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti