İran terror hücumunun şəxsi zəmində baş verdiyini iddia edir

   İran terror hücumunun şəxsi zəmində baş verdiyini iddia edir
  27 Yanvar 2023    Oxunub:858
İran Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun şəxsi zəmində baş verdiyini iddia edib. AzVision.az xəbər verir ki, bu barədə İran XİN-in teleqram kanalında paylaşılan məlumatda deyilir.
“İran XİN və DİN-in rəhbərləri Hüseyn Əmir Abdullahian və Əhməd Vahidi silahlı hücumun məqsəd və motivlərini nəzərdən keçiriblər. Onlar belə müəyyən ediblər ki, ilkin müşahidə və dəlillərə əsasən, silahlı şəxs hücumu şəxsi zəmində edib”, - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti