İran şoulara davam edir: Terrorçu rahatlıqla müsahibə də verib - VİDEO

  İran şoulara davam edir:  Terrorçu rahatlıqla müsahibə də verib -    VİDEO
  27 Yanvar 2023    Oxunub:1780
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.
Hadisədən bir qədər sonra terrorçu saxlanılıb. Maraqlı məqam isə bundan sonra baş verib.

AzVision.az xəbər verir ki, terrorçu İran telekanallarına müsahibə verib. Bunu əsk etdirən görüntülər də yayılıb.

Terroçunun əli qandallı, dəmir barmaqlıqlar arxasında olmalı olduğu halda, bu rahatlıqla müsahibə verməsi birmənalı qarşılanmayıb və etirazlara səbəb olub.



AzVision.az




Teqlər:





Xəbər lenti