BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi “ASAN xidmət”də

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi “ASAN xidmət”də
  27 Yanvar 2023    Oxunub:624
27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva arasında görüş keçirilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüş zamanı qonaqlara, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, o cümlədən sosial innovasiyalar sahələrində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 60 milyona yaxın çox vətəndaş müraciəti qeydə alınıb.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Səfir “ASAN xidmət” modelinin onda böyük təəssürat yaratdığını vurğulayıb.

Görüş çərçivəsində Dövlət Agentliyi ilə BMT arasında həyata keçirilən əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.









AzVision.az


Teqlər:





Xəbər lenti