Orxan Əsgərovun bibisi: “Cənazənin gətirilməsi İrandan asılıdır”

      Orxan Əsgərovun bibisi:    “Cənazənin gətirilməsi İrandan asılıdır”
  28 Yanvar 2023    Oxunub:695
“Orxanın cənazəsini gözləyirik. Bütün gecəni gözləmişik. Hələ gətirilməyib. Bizə verilən məlumata görə, Orxanın cənazəsinin göndərilməsi İran tərəfindən asılıdır. Belə bilirəm, cənazə axşam reysi ilə göndəriləcək. Çox güman ki, dəfn də sabah olacaq".
AzVision.az xəbər verir ki, bu məlumatı “Bizim.media”ya İranda həlak olmuş səfirlik əməkdaşı, baş leytenant Orxan Əsgərovun bibisi İlhamə Əsgərova deyib.

İlhamə Əsgərova Orxanın həyat yoldaşı Aynurun sağlamlıq vəziyyətinin yenə qeyri-stabil olduğunu da bildirib. Qeyd edib ki, bu gün də ona təcili tibbi yardım çağırılıb.

AzVision.az



Teqlər: Cənazə  





Xəbər lenti