Şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir - FOTOLAR

 Şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir -  FOTOLAR
  28 Yanvar 2023    Oxunub:1045
Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum zamanı şəhid olan baş leytenant Orxan Əsgərovla yas mərasimi üçün çadrları qurulub.
AzVision.az xəbər ki, mərasim Bakıda Yeni Yasamal qəsəbəsində təşkil olunub.

Orxan Əsgərovun nəşi hələ gətirilməyib. Yaxınlarının bildirdiyinə görə, dəfn mərasimi sabah keçiriləcək. Şəhidimizin nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.







Əhməd Xəlilov
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti