Dövlət başçısı: "Misirlə əməkdaşlıq dərinləşdirilməli və genişləndirilməlidir"

      Dövlət başçısı:    "Misirlə əməkdaşlıq dərinləşdirilməli və genişləndirilməlidir"
  28 Yanvar 2023    Oxunub:737
"Əminəm ki, Sizin səfəriniz Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Biz bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bir çox məsələləri müzakirə etdik və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi".
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birgə mətbuata bəyanatı zamanı çıxışında deyib.

"Biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda - istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk" - dövlət başçısı əlavə edib.

AzVision.az



Teqlər: Misir   Prezident  





Xəbər lenti