Əhalinin banklarda 6,7 milyard pulu var

Əhalinin banklarda 6,7 milyard pulu var
  17 May 2014    Oxunub:1012
“Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 20,2 faiz artaraq aprelin 1-nə 6,7 milyard manata çatıb”.
AzVision.az xəbər verir ki, Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, milli valyuta ilə vəsait qoyuluşu 4,1 milyard manat, xarici valyuta ilə qoyulan əmanətlərin məbləği isə 2,6 milyard manat olub.
Ölkənin maliyyə-kredit təşkilatları aprelin ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 28,0 faiz çox və ya 15,9 milyard manat məbləğində kredit ayırıblar. Verilən kreditlərin 77,8 faizi uzunmüddətli xarakter daşımış, 5,4 faizinin ödəmə vaxtı keçib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti