Fikrət Məmmədov İranın ədliyyə nazirinə müraciət ünvanlayıb

Fikrət Məmmədov İranın ədliyyə nazirinə müraciət ünvanlayıb
  28 Yanvar 2023    Oxunub:1526
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İranın ədliyyə naziri Amin Hüseyin Rahimiyə müraciət ünvanlayıb.
AzVision.az -ın xəbərinə görə, nazir Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.

F.Məmmədov ölümcül gücə malik avtomatik silahla törədilmiş, insan tələfatı və xəsarətləri ilə nəticələnən xain terror hücumunu qətiyyətlə pisləyib və bunun insanlıq və beynəlxalq hüquq normaları baxımından qəbuledilməzliyini qeyd edib.

Nazir İran tərəfinin sözügedən qanlı terror aktını törədənləri ədalət naminə ən qısa müddətdə layiqli cəzalandırılmasını təmin edəcəyinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirəcəyinə inamını ifadə edib.

F.Məmmədov ümidvar olduğunu bildirib ki, iranlı həmkarı səlahiyyətləri çərçivəsində bu məsələdə səylərini əsirgəməyəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti