Xankəndi-Laçın yolunda daha 34 avtomobilin hərəkətinə şərait yaradılıb

  Xankəndi-Laçın yolunda   daha 34 avtomobilin hərəkətinə şərait yaradılıb
  28 Yanvar 2023    Oxunub:745
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 9 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, iki minik və 7 yük maşını Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 34-ə çatıb.

AzVision.az



Teqlər: Xankəndi-Laçın-Yolu  





Xəbər lenti