İlham Əliyev: "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir"

      İlham Əliyev:    "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir"
  28 Yanvar 2023    Oxunub:1164
"Terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla telefon danışığı zamanı bildirib.

Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini vurğulayıb. Azərbaycan Prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb.

AzVision.az



Teqlər: İlham-Əliyev   Terrorizm  





Xəbər lenti