Naxçıvanda 3-5 bal gücündə zəlzələ olub

Naxçıvanda 3-5 bal gücündə zəlzələ olub
  28 Yanvar 2023    Oxunub:1021
Bu gün saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.
AzVision.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

Zəlzələ 5-3 bala qədər hiss olunub və 10-15 saniyə davam edib.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur. Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər: Naxçıvan   Zəlzələ  





Xəbər lenti