Orxanın nəşi Azərbaycana nə zaman gətiriləcək?
-1674837776-1674978328.jpg)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə bildirib ki, Orxanın nəşinin Azərbaycana bu gün günorta saatlarında gətirilməsi gözlənilir.
"Böyük ehtimalla, bu gün günorta saatlarında artıq təhvil veriləcək. Müəyyən prosedurlar var ki, onlara uyğun hərəkət edilir",- XİN sözçüsü deyib.
Xatırladaq ki, yanvarın 27-si səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: