Beyləqanda maşın su kanalına aşdı, ölənlər və yaralı var

   Beyləqanda maşın su kanalına aşdı,    ölənlər və yaralı var
  29 Yanvar 2023    Oxunub:1058
Beyləqan rayonunda yol qəzası baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşburun yolunda baş verib.

Belə ki, 50 BT 575 dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.

Nəticədə avtomobildə 3 nəfərdən 2- i ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.



AzVision.az


Teqlər:





Xəbər lenti