Terrorçunu zərərsizləşdirən Vasif Bakıya yola salınır - VİDEO

   Terrorçunu zərərsizləşdirən Vasif Bakıya yola salınır -    VİDEO
  29 Yanvar 2023    Oxunub:574
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev Bakıya yola salınır.
AzVision.az bununla bağlı görüntüləri təqdim edir:



Xatırladaq ki, yanvarın 27-si səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Onlardan biri də Vasif Naqif oğlu Tağıyevdir. O, əliyalın olmasına baxmayaraq silahlı terrorçunu zərərsizləşdirə və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti