Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılıb

 Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılıb
  29 Yanvar 2023    Oxunub:1309
Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılıb, bu qərar Təbrizdəki Baş Konsulluğun fəaliyyətinə şamil olunmur.
AzVision.az-ın məlumatına görə, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb:

“Amma tam dayanıb. Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər".

O qeyd edib ki, İran səfirliyinin Azərbaycanda fəaliyyətini dayandırması ilə bağlı heç bir məlumat yoxdur.

“Biz Azərbaycanda diplomatik missiyaların qorunması və təhlükəsizlik məsələsində nümunəvi dövlətlərdən biriyik. Bundan sonra da Azərbaycana münasibətdə baş verən təhdidlərə baxmayaraq, Azərbaycan qəbul etdiyi diplomatik missiyaların təhlükəsizliyini təmin etməyə davam edəcək. Səfirliyin bizim ölkəmizdə fəaliyyətini dayandırması barədə hər hansı məlumat verilməyib”.
AzVision.az


Teqlər:





Xəbər lenti