"Prezident çətin də olsa, bu qərarı qəbul etdi" - Xələf Xələfov

   "Prezident çətin də olsa, bu qərarı qəbul etdi" -    Xələf Xələfov
  29 Yanvar 2023    Oxunub:802
“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa, bu qərarı qəbul etdi ki, ölkəmizin Tehrandakı səfirliyi təxliyə olunmalıdır”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan diplomatlarına qarşı təhlükənin olduğu daha öncə də İran rəsmilərinə çatdırılıb. Lakin İran hakimiyyəti bu xəbərdarlığa məsuliyyətsiz yanaşıb:

“Hər hansı bir ölkədə diplomatik fəaliyyəti dayandırmaq çox məsuliyyətli qərardır. Biz İran tərəfinin də nəzərinə çatdırmışıq ki, təhlükəsizliyin təmin edilməsinə görə ümidimiz, etibarımız yoxdur. Biz dəfələrlə İran tərəfinə bildirmişik ki, Azərbaycan diplomatik nümayəndələrinə qarşı təhdidlər var və təhlükəsizlik tədbirlərini artırsınlar. Baş verən hadisə onu göstərir ki, İran hakimiyyəti buna məsuliyyətsiz yanaşıb və nəticədə terror aktı baş verib”.

AzVision.az



Teqlər:





Xəbər lenti