"Biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın" - Xələf Xələfov

  "Biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın" -    Xələf Xələfov
  29 Yanvar 2023    Oxunub:1274
“Teror aktının baş verməsindəb dərhal sonra İranın bəzi strukturları terror aktının guya məişət zəminində baş verməyini insanlara sırımağa çalışdılar”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, bu absurddur və ictimai fikri məsələnin əsas mahiyyətindən uzaqlaşdırır:

“Amma biləsiniz ki, bizim müvafiq orqanlarımızda cinayətin baş verməsi ilə bağlı kifayət qədər tutarlı sübutlar, materiallar var. Ona görə biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalıdır və öz layiqli cəzasını almalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti