Şəhid Orxan Əsgərov dəfn edilib - FOTOLAR+VİDEO - YENİLƏNİB

Şəhid Orxan Əsgərov dəfn edilib -  FOTOLAR+VİDEO - YENİLƏNİB
  30 Yanvar 2023    Oxunub:2198
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.



***11:50***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi başa çatıb.

AzVision.az xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.

***10:50***

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir. AzVision.az  xəbər verir ki, mərasimdə şəhidin yaxınları, həmkarları iştirak edir.

Orxan Əsgərovin nəşi Təzəpir məscidindən yaşadığı evə gətirilib. O, saat 12:00-da II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.















FOTO: Əhməd Xəlilov
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti