İlham Əliyev: "Yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır"

      İlham Əliyev:    "Yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır"
  30 Yanvar 2023    Oxunub:1212
Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında səsləndirib.

“Hörmətli dostum (Viktor Orban-red.) qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar”, - dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti deyib ki, bu, çox böyük sərmayə və çox ciddi koordinasiya tələb edən layihədir: “Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti