Meksikada ağ köpək balığı dalğıcın başını qoparıb

Meksikada ağ köpək balığı dalğıcın başını qoparıb
  30 Yanvar 2023    Oxunub:1166
Bu il ilk ölümcül köpək balığı hücumu Meksikada qeydə alınıb.
“TrackingSharks.com” xəbər verir ki, Manuel Lopez adlı şəxs Tobari körfəzində balıq ovu edəndə təxminən 6 metr uzunluğunda ağ köpək balığı ona hücum edib.

Köpək balığı oğlanın başını qoparıb və çiyinlərini dişləyib. Artıq ərazidə olan dalğıclara ərazidə köpək balıqlarının sayının artması ilə bağlı xəbərdarlıq edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti