Baş nazirin müavini Britaniyanın səfiri ilə görüşüb
31 Yanvar 2023
Oxunub:346
Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.